Varketilidə, Qiorqi Beriaşvili küçəsində yeraltı drenaj kollektorunun tikintisi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Varketilidə, Qiorqi Beriaşvili küçəsində nəzərdə tutulan yeraltı drenaj kollektorunun tikintisi ilə əlaqədar dekabrın 1-dən etibarən avtomobillərin hərəkəti üç gün müddətinə müvəqqəti məhdudlaşdırılacaq. Məlumatı Tbilisi Meriyası yayır.
Onların məlumatına görə, Qiorqi Abaşvili küçəsi ilə Beriaşvili küçəsinin kəsişməsindən Beriaşvili küçəsinin müəyyən hissəsinə, Qiorqi Beriaşvili №4-ə kimi avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.