Tbilisidə, Varketilidə qətl hadisəsi baş verib.
Yerli sakinlər qonşular arasında qarşılıqlı mübahisənin binalardan birinin ərazisində, süfrənin açıldığı çardaqda baş verdiyini deyiblər.
Yaşı 50-dək olan kişi qətlə yetirilib. Ona soyuq silahla xəsarət yetirilib.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Cinayət Məcəlləsinin 108-ci, qəsdən adam öldürmə maddəsi ilə istintaq başladıldığına dair məlumat yayır.