Vardisubani-Lars hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır
Qar və şaxta ilə əlaqədar Mtsxeta-Stefantsminda-Larsi avtomobil yolunun km116-km137 (Vardisubani-Larsi) hissəsində qoşqu və yarımqoşquların hərəkəti müvəqqəti məhdudlaşdırılıb. – Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.
Onların məlumatına görə, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
“Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Qudauri (post)-Kobi və Stefantsminda-Lars hissələrində nəqliyyatın hərəkəti dayanmadan həyata keçiriləcək. Qudauri (post)-Kobi hissəsində birinci, dördüncü və beşinci qar uçqundan mühafizə tunelinin dolama yollarında nəqliyyatın hərəkətinə icazə verilir, qalan tunellərin dolama yollarında isə qadağandır. Qudauri (post)-Kobi hissəsində, ikinci və üçüncü tunellərdə qoşqu və yarımqoşqu ilə hərəkət birtərəfli həyata keçiriləcək. – Avtomobil Yolları İdarəsinin məlumatında qeyd olunur.