Vardisubani-Lars hissəsində qoşqu və yarımqoşquların hərəkəti bərpa edilib
Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stefantsminda-Larsi avtomobil yolunun km116-km137 (Vardisubani-Larsi) hissəsində qoşqu və yarımqoşquların hərəkəti bərpa edilib. Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.
“Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Qudauri (post)-Kobi və Stefantsminda-Lars hissələrində nəqliyyatın hərəkəti dayanmadan həyata keçiriləcək.
Qudauri (post)-Kobi hissəsində birinci, dördüncü və beşinci uçqun tunellərinin dolama yolu ilə nəqliyyatın hərəkətinə icazə verilir, qalan tunellərin dolama hissəsində isə qadağandır. Qudauri (post)-Kobi hissəsində, ikinci və üçüncü tunellərdə tunellərdə qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti birtərəfli həyata keçiriləcək. – Məlumatda qeyd olunur.