Vano Merabişvili - rayon və şəhərlərdə aksiyalar keçirilir, indi qışdır, gürcülər ukraynalılar kimi Maydan təşkil etmək üçün soyuğa öyrəşməyiblər, lakin hər şey yaxşı gedir
“Milli Hərəkat” partiyasının yeni rəhbərliyi gənc insanlardır, onlar əvvəlki rəhbərlik passiv olduğu üçün seçkilərdə qalib gəldilər–bu barədə Gürcüstanın sabiq daxili işlər naziri Vano Merabişvili Mark Feyqinin “FEYGIN Live” proqramında açıqlayıb.
O, müxtəlif rayon və şəhərlərdə nümayişlər keçirildiyini və hər şeyin yaxşı getdiyini, etiraz aksiyasının öz nəticəsini verəcəyini və Saakaşvilinin həbsxanadan çıxacağını bildirib.
“Sırağagün, iki gün əvvəl , bu gün də müxtəlif rayon və şəhərlərdə aksiyalar keçirilir. İndi qışdır, soyuqdur, gürcülər ukraynalılar kimi Maydan təşkil etmək üçün soyuğa öyrəşməyiblər. Hərçənd hər şey yaxşı gedir. İnanıram ki, daxili etiraz öz nəticəsini verəcək və Mixeil Saakaşvili həbsxanadan çıxacaq”-deyə Vano Merabişvili açıqlayıb.