Vano Merabişvili ilə bağlı mediada yayılmış məlumatla əlaqədar Baş Polis İdarəsində dindirilmə prosesi keçirilir
Vano Merabişvili ilə bağlı mediada yayılmış məlumatla əlaqədar Baş Polis İdarəsində Qiqişa Şaraşidzenin ifadəsi alınır.
O, istintaq orqanına vəkillə birlikdə gedib. Münaqişə ilə bağlı Qiqişa Şaraşidze və onun maraqlarının müdafiəçisi jurnalistlərə açıqlama verməyib.
Daxili İşlər Nazirliyində mediada yayılan məlumat əsasında qurumun sabiq daxili işlər naziri Vano Merabişvili ilə bağlı istintaqa başladığı deyilir. Daxili İşlər Nazirliyi tərəfindən yayılan məlumatda Cinayət Məcəlləsinin zorakılığı nəzərdə tutan 126-cı maddəsi ilə istintaq aparıldığı qeyd olunub.