Vanity Fair jurnalı - Mel Gibson "Xristosun ehtirasları" filminin davamını çəkəcək
Oskar sahibi olan rejissor Mel Gibson “Xristosun ehtirasları” filminin davamını çəkəcək.
Bu barədə məlumatı Vanity Fair jurnalı yayır.
Filmin adı The Passion of the Christ: Resurrection (Xristosun ehtiraları: Diriliş) olacaq.
Yeni filmdə baş rolu yenə aktyor Jim Kevizel ifa edəcək.
“Xristosun ehtirasları”-nı Mel Gibson 2004-cü ildə çəkmişdi.
Filmdə İsus Xristosun həyatının son 12 saatı əks olunur.