Vanity Fair jurnalı - Kevin Speysi House of Cards-ın final sezonunda rol almayacaq
Vanity Fair jurnalı - Kevin Speysi House of Cards-ın final sezonunda rol almayacaq

Netflix House of Cards serialının final sezonunun çəkilişinə başladı.

Bu barədə məlumatı Vanity Fair jurnalı yayır.

Yeni sezon sadəcə Kler Andervudun rolunu oynayan Robin Raita veriləcək və onda Kevin Speysi artıq oynamayacaq.

Serialın sadəcə səkkiz epizodu çəkiləcək.

Yeni sezonda aktyorlar dəstəsinə Daian Lein və Qreq Kiner qoşulacaqlar.