Valyuta fondunun proqnozu ilə, 2021-ci ildə Gürcüstan iqtisadiyyatı beş faizlə artacaq
Beynəlxalq valyuta fondu iqtisadi artımın yeni proqnozlarını yayır.
Proqnozlara görə, Gürcüstan iqtisadiyyatı 2020-ci ildə beş faiz ilə azalacaq.
2021-ci ildə isə, fond iqtisadi artımın beş faizlik artımını proqnoz edir.
Valyuta fondunun proqnozu Gürcüstan iqtidarı tərəfindən müəyyənləşdirilən iqtisadi artılm proqnoza da müvafiqdir.
2021-ci ildə, dövlət büdcəsi layihəsi iqtisadiyyatın beş ballıq artımına görə planlaşdırılıb.
Regionun digər ölkələrinə gəlincə isə, 2020-ci ildə Azərbaycan iqtisadiyyatı 4 faizlə, Ermənistan iqtisadiyyatı 4,5 faizlə, Rusiya 4,1 faizlə, Türkiyə isə, beş faizlə azalır.
2021-ci ildə, Azərbaycan iqtisadiyyatı iki faizlə, Ermənistan – 3,5 faizlə, Rusiya – 2,8 faizlə, Türkiyə isə, beş faizlə artacaq.
Valyuta fondu Avropa İttifaqı ölkələrində, iqtisadiyyatın 7,2 faizlik düşüşünü ehtimal edir, 2021-ci ildə isə, iqtisadiyyatın bərpası proqnozu 4, 7 faizdir.