İki həftəlik iş prosesindən sonra, Beynəlxalq Valyuta Fondu Gürcüstanda baş verən iqtisadi prosesləri cəmləşdirir. Maliyyə İnstitutunun nəticəsi birmənalı şəkildə müsbət qiymətləndirmələrdən ibarətdir. Sənəddə, ölkənin iqtisadi göstəricisi və dövlətin dörd punktlu planını nəzərdə tutan islahatlar pozitiv şəkildə qiymətləndirilib. Valyuta Fondunun nümayəndə heyəti Gürcüstana növbəti dəfə yayın sonu səfər edəcək.
Hazırladı: Mariam Berdzenişvili, Leyla Əkbərova