Valyuta Fondu - Gürcüstanda dollarlaşma azalıbdır
Valyuta Fondu - Gürcüstanda dollarlaşma azalıbdır

Beynəlxalq Valyuta Fondu Gürcüstanda dollarlaşdırmanın azaldılmasını göstərir.

Təşkilat tərəfindən dərc olunmuş statistikaya görə, depozitlərin dollarlaşma göstəricisi 2017-ci ildə 64,8% təşkil edir və gələn il 64,1%-ə düşməlidir.

Bu, “genişləndirilmiş maliyyələşdirmə mexanizmi” proqramı başlaması zamanı təsis edilmiş proqnozlardan 4 faiz azdır.

Bununla yanaşı , 2015-ci ildə depozitlərin dollarlaşması 66,8%, 2016-cı ildə isə 69,9% təşkil edirdi.

Kreditlərin dollarlaşdırılmasına gəldikdə isə, 2017-ci ilin göstəricisi 54,7 faizi təşkil edir, 2018-ci ildə isə bu göstərici 54,1 faizədək azaldılmalıdır.

Müqayisə üçün 2015-ci ildə borcların dollarlaşması 63,1 faiz idi, 2016-cı ildə isə 64,6 faiz.

Dollarlaşmanın azaldılması haqqda son zamanlar Gürcüstan Milli Bankında da danışırlar.