Valideynlər və şagirdlər Nadzaladevi rayonunda 11 saylı məktəbin tikintisi tələbi ilə aksiya keçiriblər
Valideynlər və şagirdlər Nadzaladevi rayonunda 11 saylı məktəbin tikintisi tələbi ilə aksiya keçiriblər

 
Nadzaladevi rayonunda valideyn və şagirdlər 11 saylı məktəbin tikintisi tələbi ilə aksiya keçirib, yolu bağlayıblar. Onların sözlərinə görə, məktəb bir neçə ildir ki, bərbad vəziyyətdədir və buna görə də şagirdlər başqa rayona üz tutmalı olurlar.

“Yolu bağlamağa məcbur olduq, amma nəticəsi olmadı. Diqqəti cəlb etmək üçün hansı yola baş vurmalıyıq? Artıq Nadzaladevidə məktəb yoxdur. Bütün məktəblər dağılıb, müddətlər uzadılıb. Tikinti martda, sonra sentyabrın 21-də, indi isə oktyabrın 15-də başlanmalı idi. Yəni direktorun məlumatı var idi, deyirdi ki, oktyabrın ortalarında başlayacaq, amma başlamadı, bu səbəbdən yola çıxdıq” – deyə valideynlərdən biri bildirib.

Rayonun majoritar deputatı ilə birlikdə Təhsil Nazirliyinin nümayəndələri aksiya iştirakçıları ilə görüşüblər. Onlar 11 saylı məktəbin tikintisinə noyabrın ortalarından başlanılacağını və 2025-ci ilin sentyabrında başa çatdırılacağını açıqlayıblar.

“Aksiya iştirakçıları ilə ünsiyyət qurduq. Təəssüflər olsun ki, obyektiv səbəblərdən məktəbin tikintisi bir müddət ləngidi, hərçənd tikintinin başlanılmasının dəqiq tarixini bilirik. 11 saylı məktəbin tikintisi noyabrın ortalarından başlayacaq və 2025-ci ilin sentyabrında başa çatacaq, zəng çalınacaq və tədris prosesi başlayacaq” – Nadzaladevi rayonunun majoritar deputatı İrakli Xeladze açıqlayıb.