“Vali.ge” veb səhifəsinə “VTB Bank”-ın siyahıları əlavə olundu. Müvafiq olaraq “VTB Bankına” borcları olan vətəndaşlar öz göstəricilərini yoxlaya bilərlər.
Veb səhifəyə yerləşdirilmiş məlumata görə, bu vaxta qədər borc alanların sayı 412 mini keçdi, borcların sayı 695 644-ü təşkil edir, borcu ümumi məbləği isə, 3,148 milyard larıni təşkil edir.
Bu mərhələ üçün vebsəhifədə qarşıdakı maliyyə taşkilatlarının borcları yüklənibdir: “Gerogian Bank”, “TBC Bank”, “Liberty Bank”, ” Silk Road Bank”, “Halyk Bank”, “İŞBANK” və “VTB Bank”. Siyahıya yaxın günlərdə başqa maliyyə təşkilatlarının məlumatı da əlavə olunacaq.
Nikoloz Çxetianinin dediyinə görə, vebsəhifədə göstəricilrinin göründüyü vətəndaşlar borcların silinməsi proqramında avtomatik olaraq iştirak edirlər və onlara əlavə qeydiyyatdan keçmək lazım gəlmir.