Vali.ge bazasına „Kredo Bankın", "Lendo" və "Em Kolektor"-un göstəricilər bazası də əlavə edildi
Problemli kreditlərin sıfırlanması üçün yaradılan xüsusi veb-səhifə Vali.ge-nin göstəricilər bazası yeniləndi.
Maliyyə Nazirliyinin məlumatına görə, vahid bazaya bugün yenə üç maliyyə təşkilatının göstəriciləri əlavə edildi.
Bunlar: “Kredo Bank”, Mikromaliyyə təşkilatı “Lendo.ge”, “Pino.ge”, “Banko.ge”, MMC “Em Kolektor” və Sohocredit.ge-dir.
Bu vaxt üçün veb-səhifəyə 464 522 nəfər kredit borcu olan haqqında məlumat yükənib, borcların cəmi məbləği isə, 3,275,651,430 laridir.
Veb-səhifədə öz göstəricilərini tapmaq üçün üç mərhələdən keçmək lazımdır: Kredit borcu olanın şəxsi nömrəsi, doğum tarixi və təhlükəsizliyin qorunması üçün xüsusi qrafa doldurulmalıdır.
Borcu olan göstəricilər bazasında özünü tapan şəxsin kredit borcu dekabrın 15-dən, dekabrın 31-nə qədər sıfırlanacaq.