"Vali.ge" bazasına "Basis Bank" və "Tera Bank" siyahıları əlavə olundu
Problemli borcların silinməsi üçün xüsusi olaraq yaradılmış “Vali.ge” vebsəhifəsi yeniləşdirildi – onun bazasına “Basis Bank” və “Tera Bank” siyahıları əlavə olundu.
Gürcüstan Maliyyə Nazirliyinin məlumata görə, bu vaxta qədər borc alanların sayı 414 mini keçdi, borcların sayı 699 949-u təşkil edir, borcu ümumi məbləği isə, 3,159,583,175 larıni təşkil edir.
Bu mərhələ üçün vebsəhifədə qarşıdakı maliyyə taşkilatlarının borcları yüklənibdir: “Gerogian Bank”, “TBC Bank”, “Liberty Bank”, ” Silk Road Bank”, “Halyk Bank”, “İŞBANK”, “VTB Bank”, “Basis Bank” və “Tera Bank”.
Vebsəhifədə öz göstəricilərinin yoxlanılması üçün istifadəçi üç asan mərhələni keçməlidir: borc alanın şəxsi nömrəsi; doğum günü/ayı/ ili; təhlükəsizlik məqsədi ilə xüsusi “mən robot deyiləm” qrafasını doldurmalıdır.