Vaxuşti Menabde bəyan edir ki, seçki islahatı ilə bağlı işçi qrupunun görüşündə GGHA üç məsələni irəli sürəcək
Gürcüstan Gənc Hüquqşunaslar Assosiasiyasının nümayəndəsi, Vaxuşti Menabde bəyan edir ki, seçki islahatı ilə bağlı işçi qrupunun görüşündə GGHA üç məsələni irəli sürəcək.
“Birincisi seçki administrasiyasının azaldılmasına və konsesusla təyin olunmasına aiddir. İkincisi – seçicilərin təsirindən azad olumanın alətləri, bu səsizlik günü və radiusdur. Üçüncüsü isə, yerli səviyyədə seçki sisteminin olmasıdır. Bu gün ondan da pis seçki sistemimiz var, nəinki Parlamentlə münasibətdə var idi və onun prosporsional şəkildə dəyişməsi lazımdır”, – Vaxuşti Menabde bəyan etdi.
Seçki islahatı ilə bağlı Parlamentdə işçi qrupunun görüşü keçirilir. Bu formatda QHT, diplomatik korpusun və MSK-nın nümayəndələri iştirak edirlər.
Disskusiyanın əsas mövzusu seçki islahatının həyata keçirilməsi və “Gürcü Arzusu” və “Vətəndaşlar” arasında imazalanan memorandumdur. İslahat, Mərkəzi Seçki Komissiyasının yeni formada komplektləşdirilməsini, MSK-nın sədrinin yeni qayda ilə seçilməsini və səsvermə prosedurunun elektron sisteminə keçməsini nəzərdə tutur.