Vaxtanq Tsintsadze - xarici investisiyaların həcmi bütün digər illərlə müqayisədə 2022-ci ildə rekord göstəricidə olub və 2 milyard ABŞ dolları təşkil edib
Xarici investisiyaların həcmi bütün digər illərlə müqayisədə 2022-ci ildə rekord göstəricidə olub və 2 milyard ABŞ dolları təşkil edib-bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze Gürcüstanın Birinci Kanalına açıqlayıb.
Vaxtanq Tsintsadzenin qeyd etdiyi kimi, investisiyaların həcmi əvvəlki illə müqayisədə 61 faizlə artıb, 2019-cu ilə nəzər salsaq, görərik ki, investisiyaların həcmi təxminən 48 faizlə artıb.
“Qeyd etmək lazımdır ki, komponentlərə əsasən həm təkrar investisiya göstəricisi, həm də səhm kapitalı artıb, borc öhdəlikləri isə azalıb. Bu, təbii ki, bir daha investorların Gürcüstanın biznes və investisiya mühitinə inamından xəbər verir. Ölkələrə nəzər salsaq, Birləşmiş Krallıqdan, İspaniya, ABŞ, Hollandiya və İrlandiyadan investisiyaların artdığını görərik. Və ümumiyyətlə, ölkə qruplarına nəzər salsaq görərik ki, Avropa İttifaqından investisiyalar iki dəfədən çox artıb – onlar təxminən 859 milyard ABŞ dolları təşkil edir və Avropa İttifaqının ümumi investisiyalarda payı 43 faizdir. Qeyd etmək lazımdır ki, ölkəyə investisiya axını həm əlavə dəyər yaratmaq məqsədilə mühüm əhəmiyyət kəsb edir, həm də investisiyalar bilik və texnologiyaların əhəmiyyətli transferi ilə müşaiyət olunur və ümumilikdə, iqtisadi artım göstəricilərinə müsbət təsir göstərəcək”-deyə nazir müavini açıqlayıb.