Vaxtanq Tsintsadze - inflyasiyanın azalması Gürcüstan hökumətinin və Milli Bankın ardıcıl və məqsədyönlü siyasəti nəticəsində mümkün olub
İyul ayının rəqəmlərinə əsaslanaraq deyə bilərik ki, inflyasiya 0,3 faiz təşkil edib və ümumilikdə qiymətlərin səviyyəsinin artması artıq Gürcüstan üçün problem deyil və qiymətlər stabilləşib”, – deyə iqtisadiyyat nazirinin müavini Vaxtanq Tsintsadze bildirib.
Tsintsadzenin sözlərinə görə, qlobal miqyasda yüksək qeyri-müəyyənlik fonunda inflyasiya hələ də problem olaraq qalır və dünyanın bir çox ölkələrində inflyasiyanın ikirəqəmli göstəricisi qeydə alınır.
“Qeyd edək ki, Gürcüstanda qiymət endirimləri yanacaq və dərman kimi əsas istehlak məhsulları üzrə qeydə alınır. Həmçinin, geniş istehlak edilən ərzaq məhsullarında, məsələn, günəbaxan yağı, buğda unu və s. üzrə azalma qeydə alınıb. İnflyasiyanın azalması təbii ki, Gürcüstan hökumətinin və Gürcüstan Milli Bankının ardıcıl və məqsədyönlü siyasəti nəticəsində, habelə Gürcüstan hökumətinin struktur problemlərinin aradan qaldırılmasına yönəlmiş tədbirləri nəticəsində mümkün olmuşdur”, – Tsintsadze bildirib.