Vaxtanq Sanaiaya yönəlik təqib və təhdid faktları ilə əlaqədar prokurorluq 3 şəxs barəsində ittiham irəli sürüb
 Vaxtanq Sanaiaya yönəlik təqib və təhdid faktları ilə əlaqədar prokurorluq 3 şəxs barəsində ittiham irəli sürüb

 “Formula”  teleşirkətinin jurnalisti Vaxtanq  Sanaiaya peşə fəaliyyəti səbəbi ilə hücum ediblər. Müqəssirlər Sanaianı əvvəlcə yerə yıxaraq, daha sonra ona qarşı  fiziki zorakılıq törədiblər. Jurnalisti peşə fəaliyyətinə görə təhqir ediblər və senzurasız sözlərdən istifadə ediblər, V.Q Vaxtanq Sanaianı həyatına son qoyacağı ilə əlaqədar təhdid edib.

Müqəssirlərin törətdikləri əməllər nəticəsində, Vaxtanq Sanaia baş və bədənin müxtəlif yerlərindən xəsarət alıb. İstintaq nəticəsində müəyyən olunub ki, müqəssir S.S Vaxtanq Sanaianın yanındakı şəxsə N.M-ə qarşı zorakılıq törədib.Polislər V.Q,  Q.S, və  S.S-i hadisə yerində yaxalayıblar. Onlar barəsində Gürcüstan Cinayət Məcəlləsinin 156-cı maddəsininikinci bəndinin”a” alt bəndi 151-ci maddənin birinci hissəsi və 126-cı maddənin birinci hissəsi ilə ittiham irəli sürülüb.Bu isə cəza olaraq 3 il müddətinə azadlıqdan məhrumedilməni nəzərdə tutur.

Müəllif -Sevinc Mustafayeva