Gürcüstanın Daxili İşlər naziri, Vaxtanq Qomelauri Ermənistana rəsmi səfəri çərçivəsində Ermənistan Respublikasınınm baş naziri, Nikol Paşinyanla görüşdü.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Vaxtanq Qomelauri Gürcüstana göstərdiyi dəstəyə görə Nikol Paşinyana təşəkkür etdi. Vaxtanq Qomelaurinin dediyinə görə, Ermənistan Gürcüstan üçün çox vacib partnyor və dostdur.
Daxili İşlər Nazirliyinin məlumatına görə, tərəflər iki ölkənin təhlükəsizliyinin təmin edilməsi və beynəlxalq cinayətlərə qarşı effektli mübarizənin aparılması məqsədilə, Gürcüstan və Ermənistanın hüquqmühafizə orqanları arasında əməkdaşlığın vacibliyini vurğuladılar.
“Gürcüstanın Ədliyyə naziri bir neçə gün əvvəl burada idi, lakin təəssüf ki, koronavirus səbəbindən onunla görüşə bilmədim. Tbilisidə iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında ötən ilə yekun vurduq. Bundan əvvəl Gürcüstanın baş naziri, dostum İrakli Ğaribaşvili ilə bir neçə görüşüm oldu. Bu yaxınlarda Ermənistan Polisinin rəisi Gürcüstanda idi. Hesab edirəm ki, hüquqmühafizə orqanlarımızın sıx əməkdaşlıq etməsi çox vacibdir. Bu, ölkələrimizin təhlükəsizliyini və qanunun aliliyini qorumaq üçün vacibdir”, – Nikol Paşinyan bəyan etdi.
Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxmuş Gürcüstanın baş naziri, İrakli Ğaribaşviliyə sağalmasını arzuladı.
İki günlük səfər çərçivəsində Vaxtanq Qomelauri Ermənistan Respublikasının Polis rəisi – Vahe Ğazaryan ilə görüşdü. Gürcüstanın Daxili İşlər naziri Ermənistandakı müxtəlif polis bölmələrinə də baş çəkəcək.