Vaxtanq Qomelauri - yanğınsöndürmə təyyarələri ilə kömək etdiyinə görə dostlarımıza, türk tərəfinə, eləcə də bizə texnika ilə kömək etməyi təklif etdiyinə görə Azərbaycan və erməni tərəfinə təşəkkür etmək istəyirəm
Daxili işlər naziri Vaxtanq Qomelauri Borcomi Munisipalitetində yanğınsöndürmə işləri ilə yerindəcə tanış olub.
Borcomi vadisində təbii fəlakətlə mübarizə məqsədilə yaradılmış operativ qərargahda keçirilən görüşdən sonra Vaxtanq Qomelauri jurnalistlərin suallarını cavablandırıb və yanğınsöndürmə işlərinə Türkiyənin ixtisaslaşmış yanğınsöndürmə təyyarələrinin cəlb edilməsinin nəticələrindən danışıb.
“Sərhəd aviasiyası ilə birlikdə işlərə üç təyyarənin qoşulduğuna şahid oldunuz və mən dostlarımıza, türk tərəfinə təşəkkür etmək istəyirəm. Bu kömək çox vacib idi və yanğınsöndürmə işinə əhəmiyyətli dərəcədə təsir etdi. Bu gün küləkli idi və helikopterlər çətinlik çəkirdilər. Səhər bir neçə saat işlədilər, lakin küləkdə işləyə bilmirdilər və bundan irəli gələrək, aviasiya maksimal şəkildə, çox yüksək səviyyədə işlədi, nəticə göz qabağındadır, yanğın ocaqları və genişlənmə arealı nisbətən azalıb. Mən dostlarımızın – Azərbaycan tərəfinin təklifini vurğulamaq və onlara təşəkkür etmək istərdim. Həmçinin, erməni tərəfinə də təşəkkür etmək istərdim, onlar bizə texnika ilə kömək etməyi təklif etdilər, lakin biz də texnikanı səfərbər etmişik, ancaq çox sayda işlədə bilmədiyimizi görürsünüz, fiziki baxımdan relyef belədir. Vurğulamaq istərdim ki, həm Avropada , həm də müxtəlif ölkələrdə yanğınlar var və hamının öz problemi var. Yanğınsöndürən təyyarə böyük lüksdür və hər ölkədə yoxdur, bundan irəli gələrək, yaxın gələcəkdə başqa ölkədən təyyarənin gələcəyini gözləmirik” – deyə Vaxtanq Qomelauri bildirib.