Vaxtanq Qomelauri - yanğınsöndürən-xilasedicilərə fədakar əməyə görə təşəkkür edirəm, bir çox ölkə artıq demək olar ki, işlərini başa vuraraq Türkiyədən gedib, bizimkilər hələ də qalıb həmkarlarına kömək edirlər
Daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə “Nazir Saatı” formatında çıxışı zamanı ötən ilin çağırışlarından biri olan meşə yanğınları zamanı yanğınsöndürən-xilasedicilərin fədakar əməyindən danışıb.
“Ötən il meşə yanğınları Daxili İşlər Nazirliyinin qarşılaşdığı əsas çağırışlardan biri idi. Qəhrəman yanğınsöndürən-xilasedicilərimiz demək olar ki, bütün ölkə miqyasında 24 saat boyunca meşə yanğınları ilə mübarizə aparırdılar. Bundan əlavə, yanğınsöndürən-xilasedicilər bütün il ərzində axtarış-xilasetmə işlərində iştirak ediblər. Fədakar əməyə görə onlara təşəkkür etmək istəyirəm. Bilirsiniz ki, bu gün də Türkiyədə hələ yüz nəfər var, xilasedicilərimiz. Bir çox ölkə artıq demək olar ki, işlərini başa vuraraq Türkiyədən gedib, bizimkilər hələ də qalıb həmkarlarına kömək edirlər”-deyə daxili işlər naziri açıqlayıb.