Vaxtanq Qomelauri və Qriqol Liluaşvili 2017-ci ildə Qabriel Salosi küçəsində keçirilən xüsusi əməliyyat zamanı həlak olmuş xüsusi təyinatlının xatirəsini ehtiramla yad ediblər
Vaxtanq Qomelauri və Qriqol Liluaşvili 2017-ci ildə Qabriel Salosi küçəsində keçirilən xüsusi əməliyyat zamanı həlak olmuş xüsusi təyinatlının xatirəsini ehtiramla yad ediblər

 

Daxili işlər naziri Vaxtanq Qomelauri və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili digər rəhbər şəxslərlə birlikdə beş il əvvəl xüsusi antiterror əməliyyatı zamanı həlak olmuş xüsusi təyinatlı, İvane Qolaşvilinin vəfatının ildönümü ilə əlaqədar məzarını ziyarət ediblər.

Onlar həlak olan xüsusi təyinatlının, Qolaşvilinin məzarını əklillə bəzəyib, xatirəsini ehtiramla yad ediblər və ailə üzvlərinə başsağlığı veriblər.

2017-ci ilin noyabrın 21-22-də Tbilisinin rahib Qabriel Salosi küçəsində Axmed Çatayev və onun dəstəsinə qarşı keçirilən xüsusi antiterror əməliyyatı zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstəsinin əməkdaşı İvane Qolaşvili həlak olub. Xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanlarının 4 əməkdaşı da yaralanıb.