Vaxtanq Qomelauri və Qiorqi Kalandarişvili seçkilərin təhlükəsiz mühitdə keçirilməsini təmin etmək məqsədilə əməkdaşlıq memorandumu imzalayıblar
Vaxtanq Qomelauri və Qiorqi Kalandarişvili seçkilərin təhlükəsiz mühitdə keçirilməsini təmin etmək məqsədilə əməkdaşlıq memorandumu imzalayıblar

 
Daxili işlər naziri Vaxtanq Qomelauri və Mərkəzi Seçki Komissiyasının sədri Qiorqi Kalandarişvili 2024-cü ilin 26 oktyabr Gürcüstan Parlamenti seçkilərinin dinc və təhlükəsiz mühitdə keçirilməsini təmin etmək məqsədilə əməkdaşlıq memorandumu imzalayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatında, memoranduma əsasən, Daxili İşlər Nazirliyi ilə MSK arasında səlahiyyətlər çərçivəsində məlumatın əlaqələndirilmiş mübadiləsinin aparılacağı deyilir.

“Sənədlə tərəflər arasında seçki dövründə əməkdaşlığın formaları və müvafiq hüquqi çərçivə müəyyən edilib.

Bununla yanaşı, memorandum Daxili İşlər Nazirliyinin əməkdaşları və MSK-nın nümayəndələrinin iştirakı ilə birgə təlimlərin keçirilməsini, eləcə də işgüzar görüşlərin təşkilini nəzərdə tutur.

Seçki prosesinin təhlükəsizliyinin maksimal şəkildə qorunmasını təmin etmək üçün koordinasiyalı iş məqsədilə, Daxili İşlər Nazirliyi ilə Mərkəzi Seçki Komissiyası arasında qarşılıqlı əməkdaşlıq memorandumu son bir neçə ildə bütün seçkilərlə əlaqədar imzalanır” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.