Vaxtanq Qomelauri - ümid edirik, ağlabatan qərar qəbul edəcəklər və Zaza Qaxeladze tezliklə ailəsinə qayıdacaq
Vaxtanq Qomelauri - ümid edirik, ağlabatan qərar qəbul edəcəklər və Zaza Qaxeladze tezliklə ailəsinə qayıdacaq

Daxili İŞlər naziri, Vaxtanaq Qomelaurinin bəyanatına görə, hökumət hər şeyi edir ki, Zaza Qaxeladze qanunsuz həbsdən azad olsun.

Nazir bu mərhələdə detallar barəsində söhbətdən tərəddüd edir.

“Detallar barəsində danışa bilmərəm. Hökumət, beynəlxalq təşkilatlar, partnyorlar AZaza Qaxeladzenin azad olunmasına qatılıblar. Ümid edirik tezliklə azad olunacaq və öz ailəsinə qayıdacaq. Detallar barəsində danışa bilmərəm, çünki açıq söhbət danışıqlara ziyan gətirə bilər və poza bilər. Bizim ailəsi ilə kontaktımız və onlarla danışırıq”, – Qomelauri bəyan etdi.

Kaspi munisipalitetinin Kvemo Çala kəndində yaşayan Zaza Qaxeladzeni işğal rejimi nümayəndələri 2020-ci il 11 iyulda Sxvilo qalas ərazisində yaxaladılar. Həmin zamanı o, ayağından yaralandı De -fakto hakimiyyət Zaza Qaxeladzenin üzdəniraq sərhədi qanunsuz keçməsindən başqa, hərbi xidmətçinin həyatını məhv etmək cəhdində ittiham edir. Cari ilin fevralın beşində, işğal olunmuş Sxinvalinin üzdəniraq məhkəməsi Zaza Qaxeladzenin 12 il və altı ay müddətilə azadlıqdan qanunsuz məhrum etdi.