Vaxtanq Qomelauri Türkiyənin Gürcüstandakı səfiri ilə görüşüb

16:11, 25.11.2021

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Fatma Ceren Yazqan və Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Gürcüstana yeni təyin olunmuş müşaviri Necmettin Akça və Necmi İnce ilə görüşüb. .

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir müşavirləri vəzifəyə təyin olunmaları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Vaxtanq Qomelauri ümidvar olduğunu bildirib ki, onların cəlb olunması tərəflər arasında səmərəli əməkdaşlığı daha da gücləndirəcək.

Görüş iştirakçıları hüquq-mühafizə orqanları sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, gələcək əlaqələrin perspektivlərini müəyyən ediblər.

Oxşar