Vaxtanq Qomelauri Türkiyə Respublikasının yeni təyin olunmuş səfiri ilə görüşüb
Vaxtanq Qomelauri Türkiyə Respublikasının yeni təyin olunmuş səfiri ilə görüşüb

 

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Türkiyə Respublikasının Gürcüstana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay ilə tanışlıq xarakterli görüş keçirib. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Nazirlikdən verilən məlumatda nazirin Türkiyə Respublikasının səfirini yeni təyinatı münasibətilə təbrik etdiyi və ona gələcək fəaliyyətində uğurlar arzuladığı deyilir. Bununla yanaşı, Vaxtanq Qomelauri Borjomi Munisipalitetində yanğınsöndürmə işlərində ixtisaslaşmış yanğınsöndürmə təyyarələri ilə operativ köməyə görə Türkiyə Respublikasına xüsusi təşəkkürünü bildirib. Görüş çərçivəsində tərəflər iki ölkənin qurumları arasında hüquq-mühafizə sahəsində ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayaraq gələcək əlaqələrin perspektivlərini müəyyən ediblər. Vaxtanq Qomelauri birgə səylərlə qeyd olunan əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.