Vaxtanq Qomelauri - Şovi faciəsi zamanı maksimal olaraq sürətlə hərəkət etdik, siyasəti başa düşürəm, lakin məncə, belə bir faciə ilə xal yazmamalıyıq, ayıbdır
Şovi faciəsi ilə bağlı təkcə mən yox, bütün hökumət, deputatlar bəyanat verdilər. Bu, olduqca böyük faciə idi, son illərdə Gürcüstanda baş vermiş bədbəxtlik idi- bu barədə daxili işlər naziri vəzifəsinə namizəd Vaxtanq Qomelauri açıqlayıb.
Qomelauri, Şovidə baş verən faciə zamanı onun idarəsinin maksimal olaraq sürətlə hərəkət etdiyini bildirib.
“Dünyasını dəyişən insanların nə gündə olduqlarını, onları torpağın dərinliklərindən hansı vəziyyətdə çıxardığımızı öz gözlərimizlə gördük. Əgər kimisə xilas etmək mümkün idisə onun üçün hər şeyi etdik, lakin təəssüf ki, o qədər böyük fəlakət baş verdi ki, bu insanları xilas etmək mümkün olmadı. Maksimal olaraq sürətlə hərəkət etdik. Mən siyasəti başa düşürəm, lakin məncə, belə bir faciə ilə xal yazmamalıyıq, ayıbdır” – Qomelauri açıqlayıb.