Vaxtanq Qomelauri - Qaz və su şırnağının qarışdırılması ilə bağlı yayılmış yazıların həqiqi olub-olmaması tədqiq ediləsidir və buna da baxacağıq
Qaz və su şırnağının qarışdırılması ilə bağlı yayılmış yazıların həqiqi olub-olmaması tədqiq ediləsidir və buna da baxacağıq – bu haqda Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə deyib.
Bununla yanaşı, onun qeyd etdiyi kimi, oxşar vasitələrdən istifadə qadağan olunmayıb və Avropa ölkələrinin təcrübəsində istifadə olunur.
“Əmr 2021-ci ildə dəyişdirildi və biz Avropa ölkələrinin, Almaniya, Fransa və s. təcrübəsindən istifadə etdik. Uşaqlar, azyaşlılar, hamilə qadınlar varsa, xüsusi təyinatlılar tərəfindən ondan istifadə edilə bilməz. Hücum və basqın zamanı isə qaz, su və digər xüsusi vasitələrdən də istifadə etmək mümkündür. Avropada etirazları dağıtmaq üçün polis itlərindən də istifadə edirlər. İnsanları diri-diri yandırırdılar, polis əməkdaşlarının başlarını yarırdılar və bu, olarmı?”– Vaxtanq Qomelauri bildirib.