Vaxtanq Qomelauri, Orbeliani sarayında Salome Zurabişvili ilə görüşür
Vaxtanq Qomelauri, Orbeliani sarayında Salome Zurabişvili ilə görüşür

 

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri prezident Salome Zurabişvili ilə görüşür.

Qomelauri təxminən 20 dəqiqə əvvəl Orbeliani Sarayına gedib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi saraydadır, lakin görüşün mövzusu hələ açıqlanmayıb.

Bununla yanaşı , Patrul Polis İdarəsinin rəisi Vaja Siradze bir neçə dəqiqə əvvəl Orbeliani Sarayına gedib.

Bu gün Salome Zurabişvili prezident iqamətgahında patriarxlıq taxtının varisi, Meufe Şio ilə görüşüb.