Vaxtanq Qomelauri - nizam-intizamı və təhlükəsizliyi qoruduğuna görə ölkəmizin hər bir polis əməkdaşına təşəkkür edirəm, Gürcüstana sədaqətli xidmətə görə minnətdaram
Nizam-intizamı və təhlükəsizliyi qoruduğuna görə ölkəmizin hər bir polis əməkdaşına təşəkkür edirəm, Gürcüstana sədaqətli xidmətə görə minnətdaram – bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Polis Gününə həsr olunmuş tədbirdə çıxışında bildirib.
İdarənin rhəbri polisləri peşə günü münasibətilə təbrik edib, onlara göstərdikləri fədakar xidmətə görə təşəkkür edib.
“Polislər, hamınıza Gürcüstana sədaqətli xidmətinizə görə təşəkkür etmək istəyirəm. Sizinlə yenidən Polis Gününü qeyd etmək mənim üçün böyük məsuliyyət və şərəfdir. Buradakı hər bir polis əməkdaşına, ölkəmizin hər bir polisinə ölkədə nizam-intizamı və təhlükəsizliyi qoruduğuna görə təşəkkür edirəm. Ləyaqətli, yüksək peşəkarcasına və fədakar əməyinizə görə təşəkkür edirəm” deyə Vaxtanq Qomelauri çıxışında bildirib.
Daxili işlər nazirinin də qeyd etdiyi kimi, tədbirdə cəmi bir neçə yüz polis iştirak edib və onların minlərlə həmkarı bu dəqiqələrdə də vətəndaşların müdafiəsini davam etdirir.
“Ölkəmizin çoxəsrlik bütün tarixi sülh və müstəqillik uğrunda mübarizədir. Yaxın tarixdə polisimiz hər zaman bu mübarizənin ön xəttində olub. Bu gün Gürcüstan polisini burada cəmi bir neçə yüz polis təmsil edir, sizin arxanızda minlərlə həmkarınız dayanır. Onlar bu dəqiqələrdə də vətəndaşlarımızı qoruyur, cinayətkarlıqla mübarizə aparır, sərhədlərə nəzarət edir, yanğınlarla mübarizə aparır və yol hərəkətinin təhlükəsizliyinin qayğısına qalırlar” – deyə Vaxtanq Qomelauri qeyd edib.