Vaxtanq Qomelauri - nazirlik polis, nəqliyyat, axtarış və xilasetmə əməliyyatlarını yerinə yetirə biləcək çoxfunksiyalı helikopterlər satın alacaq
Qürurla qeyd etmək istərdim ki, Gürcüstan hökuməti ilə koordinasiya nəticəsində “Airbus Helicopters” fransız şirkəti ilə üç yeni helikopterin alınmasına dair müqavilə imzalanıb – bu barədə daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə “Nazir Saatı” formatında çıxışı zamanı açıqlayıb.
O, nazirliyin satın alacağı helikopterlərin çoxfunksiyalı olduğunu və polis, nəqliyyat, axtarış və xilasetmə əməliyyatları yerinə yetirə bildiyini qeyd edib.
“Sərhəd Polisinin gücləndirilməsi təkcə aviasiya istiqamətində deyil, həm də Sahil Mühafizəsi istiqamətində gedir. Qeyd etmək lazımdır ki, ötən il beynəlxalq tərəfdaşların köməyi ilə Sərhəd Polisinin Sahil Mühafizəsinə müasir texnologiyalarla təchiz edilmiş “Defender” tipli 4 kiçik sürətli patrul kateri əlavə edilib. Onu da qeyd etmək istərdim ki, 2023-cü ildə sərhəd sektorlarının infrastrukturunun inkişafı planlaşdırılır”- deyə Qomelauri açıqlayıb.