Vaxtanq Qomelauri - "Milli Hərəkatın" Parlamentə daxil olmasını alqışlayıram, küçədə aksiyaların keçirilməsi əvəzinə daha artıqdır ki, Parlamentdə mübahisə və müzakirə etsinlər
Vaxtanq Qomelauri - "Milli Hərəkatın" Parlamentə daxil olmasını alqışlayıram, küçədə aksiyaların keçirilməsi əvəzinə daha artıqdır ki, Parlamentdə mübahisə və müzakirə etsinlər

Gürcüstan Daxili İşlər naziri, Vaxtanq Qomelauri “Milli Hərəkatın” Parlamentə daxil olmasını alqışlayır. Bu barədə Qomelauri jurnalistlərə bəyan etdi.

Onun dediyinə görə, küçədə aksiyaların keçirilməsi əvəzinə daha artıqdır ki, Parlamentdə mübahisə və müzakirə etsinlər.

“Milli Hərəkatın” Parlamentə daxil olmasına gəldikdə, sözsüz ki, alqışlayıram. Şəxsən mənim fikrimdir ki, yaxşıdır ki, daxil oldular. Küçədə aksiyaların keçirilməsi əvəzinə daha artıqdır ki, Parlamentdə mübahisə və müzakirə etsinlər. Siyasət üçün daha sağlam yanaşmadır, nəinki küçədə mitinqlərin, qarmaqarşıqlıqların təşkili”, – Qomelauri bəyan etdi.

“Milli Hərəkat” partiyası Parlamentə daxil olur. Bu barədə qərarı partiya siyasi şurasının bu günki iclasında qəbul etdi. Bununla yanaşı, parlamentə daxil olmağa baxmayaraq, “Milli Hərəkatın” sədri, Nika Meliyanın açıqlamasına görə, Şarl Mişel tərəfindən təqdim edilən sənədə imza atmırlar.