Vaxtanq Qomelauri Mərkəzi Kriminal Polis İdarəsinin rəhbər şəxsləri ilə görüşüb
Vaxtanq Qomelauri Mərkəzi Kriminal Polis İdarəsinin rəhbər şəxsləri ilə görüşüb

 
Daxili işlər naziri Vaxtanq Qomelauri və nazirin birinci müavini Şalva Bedoidze Mərkəzi Kriminal Polis İdarəsinin rəhbər şəxsləri ilə görüş keçirib.

Daxili İşlər Nazirliyindən verilən məlumat üzrə, işgüzar müşavirədə mütəşəkkil cinayətkarlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən tədbirlərin nəticələri və mövcud problemlər haqqında danışıblar.

“Görüşdə qeyd olunub ki, keçən il narko-tacirlərin müəyyən edilərək saxlanılması istiqamətində həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində son illərlə müqayisədə misli görünməmiş sayda narko-tacir saxlanılıb.

Görüşdə insan alveri və kibercinayətkarlığa qarşı həyata keçirilən və planlaşdırılan tədbirlər müzakirə edilib. Qeyd etmək lazımdır ki, ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizə ilə bağlı hesabatına əsasən, Gürcüstan beynəlxalq standartlara tam cavab verir və hələ də birinci səbətdə öz yerini ən yüksək səviyyədə qoruyub saxlayır.

İşgüzar müşavirədə beynəlxalq polis əməkdaşlığı istiqamətində mövcud və gələcək məsələlər barədə də danışıblar. Bugünkü vəziyyətə görə, 36 dövləti əhatə edən 18 polis attaşesi müxtəlif ölkələrə ezam olunub, o cümlədən keçən il İrlandiya və İsrailə polis attaşeləri göndərilib və bu proses gələcəkdə də davam etdiriləcək.

Daxili işlər naziri iş prosesi ilə bağlı əməkdaşlara müvafiq tapşırıqlar verib və səmərəli fəaliyyətlərinə görə onlara təşəkkür edib” – deyə qurumun məlumatında qeyd olunub.