Vaxtanq Qomelauri - məni tanıyanlar bilirlər ki, mən hətta düşmənimin ailəsinə belə hörmət edirəm və heç vaxt heç kimə hədə-qorxu gəlməmişəm
Vaxtanq Qomelauri - məni tanıyanlar bilirlər ki, mən hətta düşmənimin ailəsinə belə hörmət edirəm və heç vaxt heç kimə hədə-qorxu gəlməmişəm

Mən heç vaxt belə bir şey, heç kimə hədə-qorxu gəlməmişəm ki, ailənin qətli ilə hədələmiş olum, – bu barədə Gürcüstanın Daxili İşlər naziri, Vaxtanq Qomelauri mediaya müsahibəsində bəyan etdi.

Jurnalistlər Qomelauriyə Soso Qoqaşvilinin sosial şəbəkələrdə yaydığı məlumatla bağlı suallar verdilər.

“Bu, təbii ki, absurddur, yalandır. Soso Qoqaşvilinin özünə yazığım gəlir, təəssüfləndiricidir. 2013-cü ildə tanış oldum, mənim özüm apardım. O, sıravi vəzifədə idi, xatırlamıram, Bölmənin və ya şöbənin rəis müavini idi. Mən Daxili İşlər naziri müavini idm və cənab Ğaribvaşvili nazir idi. Ondan xahiş etdim, mənim yanıma keçirdim, vəzifədə yüksəltdim. Detalları danışmayacağam. Sonunda mənim birinci müavinim oldu. Demək olar üç il müavinim idi. O, ailəmçin də yaxını idi. Ailələrlə yaxınlaşdıq və indi təəssüflər olsun bəyan edir ki, sən deməyəsən bu üç il ərzində mənə, komadamıza qarşı komprpmatlar toplayırdı və Qomelauri qalada oturmalıdır. Onun vəzifədən azad edilməsi 2018-ci ildə baş verdi, bunun nəyəyə förə baş vermısini isə, hamıdan yaxşı özü bilir”, – Vaxtanq Qomelauri bəyan etdi.