Vaxtanq Qomelauri - mən, bir sıravi gürcü və Daxili İşlər naziri kimi, bir daha, bizim dost Uraynalı xalqına tam və açıq dəstəyimi ifadə edirəm
Vaxtanq Qomelauri - mən, bir sıravi gürcü və Daxili İşlər naziri kimi, bir daha, bizim dost Uraynalı xalqına tam və açıq dəstəyimi ifadə edirəm

Mən, bir sıravi gürcü və Daxili İşlər naziri kimi, bir daha, bizim dost Uraynalı xalqına tam və açıq dəstəyimi ifadə edirəm, – Bu barədə Daxili İşlər naziri, Vaxtanq Qomelauri parlamentdə “nazir saatı” formatında çıxışı zamanı bəyan etdi.

Nazirin dediyinə görə, beynəlxalq ictimaiyyət və dünya liderləri hər şeyi etməlidilər ki, müharibə olduqca tezliksə başa çatsın.

“Hesabatın rəsmi hissəsinə Ukraynadakı hərbi əməliyyatlar və bölgədəki vəziyyətdən danışmaqla başlamaq istəyirəm. Bizim üçün hazırda Ukraynada baş verənlər xüsusilə əhəmiyyətli və ağrılıdır. 2008-ci ildə müharibə nəticəsində biz bu təcavüzün nəticələrini öz vətənimizdə yaşadıq və keçirdik. Mən, bir sıravi gürcü və Daxili İşlər naziri kimi, bir daha, bizim dost Uraynalı xalqına tam və açıq dəstəyimi ifadə edirəm. Ukraynada vəziyyət çox çətin və ağırdır, dinc əhali əziyyət çəkir. Uşaqlar, qadınlar, qocalar ölür, şəhərlər bombalanır, təəssüf ki, itkilər çoxdur. Beynəlxalq ictimaiyyət və dünya liderləri hər şeyi etməlidilər ki, müharibə olduqca tezliksə başa çatsın. Gürcüstan hökuməti bütün beynəlxalq səviyyələrdə Ukraynanı siyasi cəhətdən dəstəkləyir, eləcə də Gürcüstandan əngəllər olmadan humanitar yardım göndərir”, – Qomelauri bəyan etdi.