Vaxtanq Qomelauri Kvemo Kartli Polis Departamentinin bölmə rəhbərləri ilə işgüzar müşavirə keçirib
Daxili işlər naziri Vaxtanq Qomelauri Rustavidə Kvemo Kartli Polis Departamentinin bölmə rəhbərləri ilə işgüzar müşavirə keçirib. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Agentliyin məlumatına əsasən, iclasda nazirin birinci müavini Şalva Bedoidze iştirak edib.
“Vaxtanq Qomelauri regional polis idarəsinin rəhbərlərindən cinayətkarlıqla mübarizə və profilaktik polis tədbirləri haqqında məlumatı dinlədi.
İclasda cinayətlərin sayında azalma, o cümlədən açılma statistikası müzakirə olunub.
Daxili işlər naziri əməkdaşlarla həmçinin qurumun prioritet istiqamətlərini müzakirə edib, iş prosesi ilə bağlı onlara müvafiq tapşırıqlar verib.
İşgüzar müşavirədə bildirilib ki, Daxili İşlər Nazirliyi polis əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərini davam etdirəcək.
Nazir idarənin əməkdaşlarına səmərəli fəaliyyətlərinə görə təşəkkür edib”, – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur.