Vaxtanq Qomelauri Kutaisidədir
Vaxtanq Qomelauri Kutaisidədir

 

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Kutaisiyə gedib. Qomelauri silahlı şəxsin basqın təşkil etdiyi və polis əməliyyatının aparıldığı Gürcüstan Bankının yaxınlığındadır.

Daxili işlər naziri hələlik mətbuata açıqlama verməyib.

Mövcud məlumata əsasən, Gürcüstan Bankının filialına basqın təşkil edən hücumçu iki milyon dollarla yanaşı, helikopter, tor və Rusiya bayrağı tələb edib.

Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumatda, Gürcüstan Bankının filialında hazırda 12 nəfərin girov olaraq qaldığı və onların tez və təhlükəsiz şəkildə sərbəst buraxılması üçün bütün lazımi tədbirlərin görüldüyü deyilir.

DİN-in açıqlamasında qeyd olunduğu üzrə, hüquq-mühafizə orqanlarının əməkdaşları onların tez və təhlükəsiz şəkildə sərbəst buraxılması üçün bütün lazımi tədbirləri görürlər.