Vaxtanq Qomelauri Kutaisidə "Gürcüstan Bankı"nın filialına hücum edən şəxsin həbs edilərkən xəsarət aldığını bildirir
Vaxtanq Qomelauri Kutaisidə "Gürcüstan Bankı"nın filialına hücum edən şəxsin həbs edilərkən xəsarət aldığını bildirir

 

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Kutaisidə “Gürcüstan Bankı”nın filialına hücum edən şəxsin həbs edilərkən xəsarət aldığını bildirir.

Bununla yanaşı, Qomelauri saxlanılan şəxslə görüşdüyünü açıqlayır.

“Ortaqları ilə əlaqədar istintaq gedir və mən bunu nə təsdiq, nə də təkzib edə bilərəm, lakin heç kimlə əlaqəsi aşkarlanmayıb. Onun üz nahiyəsində xəsarətlər olub, həbs zamanı alınıb. Həmin şəxs üzərində bombalar, əl qumbaraları saxlayırdı və həbs edərək yerə uzadıblar, müqavimət göstərirdi və xəsarətlər aldı”- deyə Vaxtanq Qomelauri bildirib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi Qriqol Narsianı “Gürcüstan Bankı”nın Kutaisidə filiallarından birinə hücumda, terror aktı, terror məqsədi ilə girov götürmək, qanunsuz olaraq silah-sursatın alınması, saxlanması və daşınması ittihamı ilə saxlayıb.
Baş vermiş faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 236-cı, 323-cü və 329-cu maddələri ilə istintaq aparılır.