Vaxtanq Qomelauri İspaniya Krallığında rəsmi görüşlər keçirib
Vaxtanq Qomelauri İspaniya Krallığında rəsmi görüşlər keçirib

 

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurinin İspaniya Krallığına rəsmi səfəri başa çatıb.

Səfər çərçivəsində Vaxtanq Qomelauri İspaniya Krallığının daxili işlər naziri – Fernando Qrande Marlaska Qomez və İspaniya Krallığının Mülki Qvardiyasının baş direktoru – Maria Qames Qames ilə görüşüb.

Tərəflər hüquq sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib və gələcək münasibətlərin perspektivlərini müəyyən ediblər.

Vaxtanq Qomelauri mövcud əməkdaşlığın dərinləşdirilməsinə verdiyi töhfələrinə görə İspaniya Mülki Qvardiyasının nümayəndələrinə təşəkkürnamələr təqdim edib.

Görüşlərdə Gürcüstan daxili işlər nazirinin birinci müavini Şalva Bedoidze iştirak edib və bu səfər çərçivəsində o, İspaniya Milli Polisinin baş direktorunun müavini Xose Anxel Qonsales Ximenes ilə görüşüb.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti yayır.