Vaxtanq Qomelauri - İşğal altında olan ərazilər Gürcüstan üçün ən əsas çağırışdır
İşğal altında olan ərazilər Gürcüstan üçün ən əsas çağırış olaraq qalır, – bu barədə bəyanatı Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Vaxtanq Qomelauri, parlamentdə illik hesabatı təqdim edərkən verdi.
Onun dediyinə görə, işğal edilən Abxaziya və Sxinvali regionlarında artan militarizasiya, gürcü millətinin etnik diskriminasiyası və insanları azad hərəkət etmələrinə maneələrin yaradılması bugün də davam edir.
Qomelauri qeyd etdi ki, işğal edilmiş ərazilərdə qeyri-qanuni şəkildə yerləşdirilən rus hərbi kontingenti necə Gürcüstan, eləcə də Avropa üçün təhlükə yaradır.