Vaxtanq Qomelauri Ermənistan Respublikasının səfiri Aşot Smbatyan ilə görüşüb
Vaxtanq Qomelauri Ermənistan Respublikasının səfiri Aşot Smbatyan ilə görüşüb

 

Daxili işlər naziri Vaxtanq Qomelauri bu ilin avqustunda vəzifəsinin icrasına başlayan Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Aşot Smbatyanla tanışlıq xarakterli görüş keçirib.

Qomelauri səfiri Gürcüstanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə tərəflər iki ölkənin hüquq-mühafizə orqanları arasında sıx və səmərəli polis əməkdaşlığından danışıblar.

Vaxtanq Qomelauri birgə səylərlə qeyd olunan əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Görüşün sonunda tərəflər gələcək əlaqələrin prioritet istiqamətlərini müzakirə ediblər.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.