Ermənistan Respublikasının polis rəhbəri Vahe Ğazaryan nümayəndə heyəti ilə birlikdə Gürcüstanın Daxili İşlər Nazirliyinə rəsmi səfər edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Vahe Ğazaryan ilə tanışlıq görüşü keçirib.
Qonaqlar Daxili İşlər Nazirliyinin həyətində Gürcüstanın birliyi uğrunda şəhid olmuş polislərin abidəsi önünə əklil qoyublar. Ermənistan polisinin nümayəndə heyətinin üzvləri Gürcüstanın Daxili İşlər Nazirliyində həyata keçirilən islahatlarla tanış olublar. Görüş iştirakçıları gələcək əlaqələrin dərinləşdirilməsi perspektivlərinə diqqət yetiriblər və birgə tədbirlərin planlaşdırılması barədə razılığa gəliblər”, – deyə məlumatda bildirilir.
Gürcüstan tərəfdən görüşdə daxili işlər nazirinin müavinləri Qiorqi Butxuzi, İoseb Çelidze və Aleksandr Daraxvelidze, habelə nazirliyin müxtəlif bölmələrinin rəhbərləri, Ermənistan nümayəndə heyətindən isə polis rəislərinin müavinləri, rəislər iştirak ediblər.
Nazirlikdən verilən məlumata görə, üç günlük rəsmi səfər çərçivəsində Ermənistan Respublikasının polis rəhbəri nümayəndə heyəti ilə birlikdə Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinə, Xidmət Agentliyinə, İctimaiyyətə səfər edəcək. “112” Mühafizə İdarəetmə Mərkəzi, DİN Akademiyası və onların işinin xüsusiyyətləri ilə tanış olacaq.