Vaxtanq Qomelauri - Dövlət Departamentinin insan alverinə qarşı mübarizə üzrə hesabatına əsasən, Gürcüstan ən yüksək qiymətləndirmə səviyyəsindədir və hələ də birinci səbətdəki yerini qoruyub saxlayır
Daxili işlər naziri vəzifəsinə namizəd Vaxtanq Qomelauri Gürcüstanın qanunverici orqanında, komitələrin birgə iclasındakı çıxışında bildirib ki, Amerika Birləşmiş Ştatlarının insan alveri ilə bağlı 2023-cü il üzrə göstəricilərinə əsasən, Gürcüstan hələ də ən yüksək səviyyədədir və insan alverinə qarşı mübarizədə hələ də birinci səbətdəki yerini qoruyub saxlayır.
“Nazirliyin insan alverinə qarşı mübarizə istiqamətində də aktiv fəaliyyətini qeyd etmək lazımdır. Amerika Birləşmiş Ştatlarının insan alveri ilə bağlı hesabatına əsasən, dövlətlərin insan alverinə qarşı həyata keçirdiyi tədbirlərə əsasən, 2023-cü ildə də Gürcüstan ən yüksək səviyyədə, birinci səbətdə yerini qoruyub saxlayır”- Vaxtanq Qomelauri açıqlayıb.