Vaxtanq Qomelauri - ailədaxili və qadınlara qarşı zorakılıq qurbanlarının təhlükəsizliyini qorumaq və təkrar zorakılığın qarşısını almaq məqsədilə risklərin qiymətləndirilməsi aləti işlənilib
Vaxtanq Qomelauri - ailədaxili və qadınlara qarşı zorakılıq qurbanlarının təhlükəsizliyini qorumaq və təkrar zorakılığın qarşısını almaq məqsədilə risklərin qiymətləndirilməsi aləti işlənilib

 

Ailədaxili və qadınlara qarşı zorakılıq qurbanlarının təhlükəsizliyini qorumaq və təkrar zorakılığın qarşısını almaq məqsədilə, BMT-nin Qadınlar Təşkilatının və beynəlxalq ekspertlər qrupunun aktiv iştirakı ilə risklərin qiymətləndirilməsi aləti yenidən işlənilib-bu barədə daxili işlər naziri, Vaxtanq Qomelauri “Nazir Saatı” formatında ötən ilin hesabatını təqdim edərkən bildirib.

Vaxtanq Qomelauri artıq müvafiq sərəncamda zəruri dəyişikliklər edildiyini qeyd edib.

“Bəhsi keçən dəyişikliklər əsasında daha çox qurban zorakılıqdan qorunmaq üçün elektron nəzarət kimi belə effektiv vasitələrdən yararlanmaq imkanı əldə edəcək. Buradaca qeyd etmək lazımdır ki, bu vasitədən istifadə etmək üçün zərərçəkmişin özünün polislə əməkdaşlıq etməsi və elektron nəzarətdən istifadəyə razılıq verməsi zəruridir”-deyə Vaxtanq Qomelauri açıqlayıb.

Daxili işlər naziri sözügedən dəyişikliyin 2023-cü ilin mayın 1-dən qüvvəyə minəcəyini söyləyib.