Vaxtanq Qomelauri Aİ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbəri, Aİ-yə üzv ölkələrin səfirləri və səfirliklərinin nümayəndələri ilə görüşüb
Daxili işlər naziri Vaxtanq Qomelauri Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin rəhbəri Pavel Herchinski, Avropa İttifaqına üzv ölkələrin səfirləri və səfirliklərinin nümayəndələri ilə görüş keçirib.
Daxili İşlər Nazirliyi görüşdə Avstriya, Çexiya, Almaniya, Danimarka Krallığı, Estoniya, İspaniya, Yunanıstan, Fransa, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya və İsveç Krallığının səfirləri və səfirliklərinin nümayəndələrinin iştirak etdiyinə dair məlumat yayır.
Görüş çərçivəsində tərəflər “Tbilisi Pride” həftəsi çərçivəsində planlaşdırılan tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi məsələsini müzakirə ediblər. Vaxtanq Qomelauri avropalı tərəfdaşlara Daxili İşlər Nazirliyinin nümayəndələrinin, “Tbilisi Pride” təşkilatçılarının və beynəlxalq tərəfdaşların birgə işçi qrupunun fəaliyyəti haqqında ətraflı məlumat verib.
Görüşdə birgə işçi qrupunun məlumat mübadiləsi və koordinasiya yolu ilə tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsini təmin etmək üçün aktiv işlədiyi qeyd olunub.
Görüşün sonunda daxili işlər naziri Aİ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbərinə, Avropa İttifaqına üzv ölkələrin səfirlərinə və səfirliklərin nümayəndələrinə Gürcüstan Daxili İşlər Nazirliyi ilə aktiv və sıx əməkdaşlığa görə təşəkkürünü bildirib.
Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.