Vaxtanq Qomelauri ABŞ-ın Gürcüstandakı səfirini və səfirliyi Müstəqillik Günü münasibətilə təbrik edir
Daxili işlər naziri Vaxtanq Qomelauri ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanı və səfirliyi ABŞ-ın Müstəqillik Günü – 4 iyul münasibətilə təbrik edib.
“Gürcüstanın Daxili İşlər Nazirliyi və şəxsən öz adımdan sizə və Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyinə dərin ehtiramımı bildirirəm.
İcazənizlə, Amerika Birləşmiş Ştatları və Amerika xalqı üçün ən əlamətdar günlərdən biri olan Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 246-cı ildönümü münasibətilə sizi ürəkdən təbrik edim. Sizə firavanlıq və bütün işlərinizdə uğurlar arzulamaq istəyirəm.
Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı Səfirliyinə, Daxili İşlər Nazirliyi ilə uzun illər tərəfdaşlığa və əvəzsiz dəstəyə görə təşəkkür etmək istərdim. Biz olduqca mühüm strateji müttəfiq olan ABŞ-la qurulan güclü və səmərəli əməkdaşlığı çox yüksək qiymətləndiririk” – deyə Vaxtanq Qomelaurinin ABŞ səfirinə göndərdiyi məktubda qeyd olunub.