Vaxtanq Qomelauri - 2022-ci ilin ən mühüm nailiyyətinə toxunmaq istəyirəm, NATO Gürcüstanı əməliyyat tərəfdaşı kimi tanıdı
Daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə “Nazir Saatı” formatında məruzə ilə çıxışı zamanı ötən il sahil mühafizəsi istiqamətində əldə olunan nəticələrdən danışıb.
Nazir ən mühüm nailiyyətin NATO-nun Gürcüstanı əməliyyat tərəfdaşı kimi tanıması olduğunu bildirib.
“Sərhəd Polisinin apardığı islahatdan danışıram və buradaca 2022-ci ilin ən mühüm nailiyyətinə toxunmaq istəyirəm. Sərhəd Polisinin Sahil Mühafizəsinin taktiki hüquq-mühafizə bölmələri NATO-nun dörd səviyyəli qiymətləndirməsini uğurla başa vurublar. Şimali Atlantika Şurası Gürcüstanın Aralıq dənizində “Dəniz Mühafizəsi” əməliyyatının əməliyyat tərəfdaşı olması ilə bağlı müsbət qərar qəbul edib. O, Gürcüstanı əməliyyat tərəfdaşı kimi tanıyıb. Bu qərar eləcə də NATO Dəniz Qüvvələri Komandanlığı və Sərhəd Polisinin Sahil Mühafizəsi arasında praktiki əməkdaşlığın dərinləşdirilməsinin yeni mərhələsinin başlanğıcıdır”- deyə Vaxtanq Qomelauri açıqlayıb.