Vaxtanq Qomelauri - 2022-ci ildə cinayətlərin açılması göstəricisi misli görünməmiş dərəcədə yüksəkdir və 62%-i ötür
Vaxtanq Qomelauri - 2022-ci ildə cinayətlərin açılması göstəricisi misli görünməmiş dərəcədə yüksəkdir və 62%-i ötür

 

Polisin effektiv fəaliyyəti nəticəsində 2022-ci ildə cinayətlərin açılması göstəricisi misli görünməmiş dərəcədə yüksəkdir və 62%-i ötür, bu da 2021-ci ilin göstəriciləri ilə müqayisədə 12%-lə çoxdur-deyə daxili işlər naziri Vaxtanq Qomelauri “Nazir Saatı” formatında çıxışı zamanı bildirib.

“Ötən il dünya üçün ağır il oldu. Ölkəmizin bacardığı əsas iş sülhü və sabitliyi qorumaq, eyni zamanda, dövlət institutlarını gücləndirmək və hökumətin planında nəzərdə tutulan müxtəlif islahatlar və layihələri həyata keçirmək oldu” – deyə daxili işlər naziri qeyd edib.

Cinayətin dinamikasına gəlincə, Vaxtanq Qomelauri 2022-ci ildə ötən illə müqayisədə cinayətlərin sayının azaldığını bildirib.

“2022-ci ildə polis cinayətkarlığa qarşı barışmaz mübarizəsini yenə də davam etdirib və burada, təbii ki, həm qabaqlayıcı tədbirlər, həm də baş vermiş cinayətə qarşı çevik reaksiya nəzərdə tutulur ki, bu da statistik göstəricilərdə öz əksini tapıb. Polisin effektiv fəaliyyəti nəticəsində 2022-ci ildə cinayətlərin açılması göstəricisi misli görünməmiş dərəcədə yüksəkdir və 62%-i ötür, bu da 2021-ci ilin göstəriciləri ilə müqayisədə 12%-lə çoxdur. Cinayətlərin dinamikasına gəlincə, 2022-ci ildə ötən illə müqayisədə cinayətlərin sayı azalıb”-deyə Vaxtanq Qomelauri açıqlayıb.

Daxili işlər naziri : adam öldürmə, adam öldürməyə cəhd, sağlamlığa ağır xəsarət yetirmə, qanunsuz azadlıqdan məhrum etmə, quldurluq və oğurluq kimi ağır və xüsusilə ağır cinayətlərin azaldığını bildirib.