Vaxtanq Orbeliani küçəsində kanalizasiya şəbəkəsinin qoşulması ilə əlaqədar olaraq hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Vaxtanq Orbeliani küçəsində kanalizasiya şəbəkəsinin qoşulması ilə əlaqədar olaraq hərəkət müvəqqəti məhdudlaşdırılacaq

 
Tbilisidə, Vaxtanq Orbeliani küçəsində kanalizasiya şəbəkəsinin qoşulması ilə əlaqədar dekabrın 9-u səhər saat 08:00-dan dekabrın 11-i səhər saat 08:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Meriyadan verilən məlumatda qeyd edildiyi üzrə, məhdudiyyət Orbeliani küçəsində, Orbeliani N26-dan Anton Purtseladze küçəsinin kəsişməsinə qədər olan yol hissəsinə şamil ediləcək.

“Sözügedən müddət ərzində nəqliyyat vasitələri Rena Abjandadze küçəsi, Kürün sağ sahili, Nikoloz Barataşvili və Atoneli küçələrindən istifadə etməklə hərəkət edə biləcəklər”- meriyanın məlumatında deyilir.